Congress Resources: Papers, posters and presentations

< Return to abstract list

Impact Of Charges And Nature Of Exchange Cations With Montmorillonite Colloid

Congress: 2015
Author(s): Khuraman Ilyasova
Institute of Catalysis and Inorganic Chemistry named after aсad. M.F.Nagiyev1

Keyword(s): Sub-theme 6: Links with the energy, food and environmental sectors,
AbstractImpact of several inorganic exchange cations and cation active methylene blue dye on heat-treated Dash-salahli montmorillonite clay mineral colloid was studied. Except sodium ions the negative impact of most exchange cations charges and methylene blue dye solution on disperse degree of clay was determined. The influence of Co(CH3COO)2 and Cd Cl2 solutions with density 15ml/l on sedimentation of bentonite samples was researched. It was found out that Co2+ and Cd2+ ions equally influence on sedimentation of bentonite samples. This is due to identical charge of both ions, but slight difference is due to their nature.

Keywords: montmorillonite, methylene blue, dispersition, ionoexchange, monocation.

Təbii bentonit əsasında effektiv sorbentlərin, bentonların, nanogillərin sintezi, termiki işlənməsi və səthlərində əmələ gələn turşu-əsas mərkəzlərinin paylanmasının, fiziki-kimyəvi və kolloidal xassələrinin öyrənilməsinin elmi əsaslarının işlənib hazırlanması,onların sorbsiya, katalitik, lak-boya və s. proseslərdə istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bentonit əsaslı gil mineralları təbiətdə çox geniş yayılmışdır, müxtəlif sənaye sahələrində, o cümlədən tullantı sularının qeyri- üzvi və üzvi maddələrdən təmizlənməsində adsorbent kimi tətbiq sahəsinə malikdir. Bentonit mineralının son illər çıxarılması stabildir və ildə 10 mln. ton təşkil edir. Çıxarılan bentonitin 60%-i adsorbentlərin istehsalına, qazmada işlədilən məhlulların və dəmir filiz axtarışlarının hazırlanmasına sərf olunur. Belə tətbiq sahəsinə malik olması, onun böyük ehtiyatlarının olması və ucuz başa gəlmsi ilə əlaqədardır[1-4]. Bu baxımdan təbii bentonit əsasında effektiv sorbentlərin alınması, onların fiziki-kimyəvi və kolloid xassələrinin öyrənilməsi ən mühüm məsələlərdən biridir. Tədqiqat obyekti kimi Daş-Salahlı bentoniti və onun bir sıra termiki işlənmiş, monokation formalar alınmış və xarakterizə olunmuşdur. Alınmış monokation formalı bentonit nümunələri 15mql qatılıqlı Co(CH3COO)2 və CdCl2 məhlulları ilə işlənmişdir.sorbent nümunələrinin sedimentasion xarakteristikaları (cədvəl) tədqiq olunmuşdur. Cədvəl məlumatlarından göründüyü kimi müxtəlif temperaturlarda [100,200 və 400S°] termiki işlənmiş nümunələrdəhər iki Co2+ və Cd2+ ionlarının müxtəlifliyinin olmasına baxmayaraq kolloid fraksiyaları arasında ciddin fərqin olması müşahidə olunmur. Belə halın olmasını həmin ionların yüklərinin eyni və təbiətlərinin oxşar olması ilə əlaqədardır. Kolloid fraksiyanın miqdarı isə 400S°-də termiki işlənmiş nümunələrdə isə daha kəskin azalması müşahidə olunur və nəticədə hidratlaşmış çöküntünün miqdarı artır. Termiki işlənmə zamanı bentonit nümunələrində kristallik quruluşun yaranması baş verir və bu zaman laylar arası məsafə kiçilir. Bu da struktur laylarında və mübadilə kationları ilə əlaqəli suyun tədricən kənarlaşmasına səbəb olur, nəticədə sorbent nümunələrinin istər qeyri-üzvi kationlara, istərsə də üzvi molekullara qarşı sorbsiya tutumu azalır. Nəzərə almaq lazımdır ki, bentonitdə mübadilə kationlarının 80%-i laylar arası boşluqlarda yerləşir. 200S° -də termiki işlənmiş bentonit nümunələri qeyri-üzvi və üzvi maddələrə qarşı ən yüksək sorbsiya tutumuna malik olurlar. Tədiqatın gedişində metilen abısı kationaktiv boyasının sorbsiyası zamanı kolloid fraksiyaya təsiri müəyyənləşdirilmişdir. Cədvəldən göründüyü kimi təbii bentonitdə (105°S-də termiki işlənmiş) metilen abısının sorbsiyası zamanı kolloid fraksiyanın miqdarı bir qədər artmış olur. Kationaktiv metilen abısı boyasının adsorbsiyasına ion və hidrofob qarşılıqlı təsirin müxtəlif olması bentonitdə kolloid fraksiyasının dəyişməsinə səbəb olur. Belə olan halda kationaktiv boyanın qatılığının dəyişməsinin rolunu nəzərə almaq labüddür. Tədqiq olunan sorbent nümunələrində metilen abısı boyasının sorbsiyasının dəyişməsini Lenqmür tənliyindəki sorbtivin paylanmasını xarakterizə edən k sabitinə əsasən də müəyyənləşdirmək olar. Belə ki, k-nın hesablanmış ən kiçik qiymətinə sorbsiyanın minumum, ən böyük qiymətinə isə maksimum miqdarı uyğun gəlir. Aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlmək olur ki, termiki işlənmə zamanı bentonit nümunələrinin mübadilə tutumu və şişməsi dəyişmiş olur. Bu zaman mübadilə kationlarının hidroliz olunması istisna olunmur.

1. Тарасевич Ю.И. // Химия и технология воды, 1998, т.20, №1, стр.42-48

2. Ягубов А.И. Научные основы регулирования поверхностных свойств сорбентов на основе природных алюмосиликатов и их использование//Дисс….докт.хим.наук. Баку: БГУ.2012.С.283.

3. Биннатова Л.А., Мурадова Н.М., Нуриев А.Н., Очистка сточных вод от катионных красителей с использованием монокатионных форм бентонита. // Журнал прикладной химии, 2010, т. 83, вып.3, с. 421-424.

4. А.Н.Нуриев.. Э.М.Теймурова., Э.И.Ахмедов., Н.М.Мурадова., И.И.Зейналова. Кинетика сорбции катионных красителей на Даш-Салахлинском бентоните.// Материалы конференции «Наука и образование в XXI веке» г.Тамбов-2012, часть I, стр.155-160.

2011 IWRA - International Water Resources Association office@iwra.org - http://www.iwra.org - Admin